All for Joomla All for Webmasters



Axtar

İcbari Tibbi Sığorta çərçivəsində maarifləndirici tədbirlər keçirilir

05.03.2020

Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin yüksək diqqət və qayğısı ilə icbari tibbi sığorta Naxçıvan Muxtar Respublikasında uğurla tətbiq edilir. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 31 oktyabr tarixli Sərəncamından irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə 03.03.2020-05.03.2020 ci il tarixləri arasında əhalinin maarifləndirilməsi tədbirlərinə start verilib.

Tədbirin üçüncü günü Aşağı Qışlaq və Ağbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində keçirilmişdir. Şahbuz rayonunda əhalinin maarifləndirilməsi məqsədi ilə keçirilən tədbiri giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Füzuli Ağayev açıb. Bildirib ki, müvafiq sərəncama əsasən bu il noyabrın 1-dən etibarən Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. O, icbari tibbi sığortanın əhəmiyyəti barədə danışıb, rayonda bu istiqamətdə görülən işləri diqqətə çatdırıb, keçirilən tədbirlərin önəmini vurğulayıb. 
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşı Taleh Bağırov çıxışında bildirib ki, tədbirin keçirilməsində məqsəd Şahbuz rayonunda əhalini icbari tibbi sığortanın tətbiqi, icbari tibbi sığortada tibbi xidmətin təşkili, icbari tibbi sığortanın xidmətlər zərfi, sığortaolunanların tibb müəssisəsində hərəkəti, müştərək maliyyələşmə məbləği, 1 aprel 2020-ci il tarixindən toplanmağa başlayacaq sığorta haqları barəsində ətraflı məlumatlandırmaqdır.
Həmçinin vurğulanıb ki, icbari tibbi sığortadan istifadə edən əhalinin öz hüquq və vəzifələrini, səhhətlərində yarana biləcək problemlər zamanı nələr etməli olduqlarını, hərəkət qrafikini bilmələri vacibdir. Tutaq ki, hansısa ucqar kənddə yaşayan bir sakin tibbi müayinə və müalicə üçün müraciət etməyi qərara alırsa o şəxsiyyət vəsiqəsini mütləq şəkildə götürməklə öncə həkim ambulatoriyasına əgər rayon mərkəzində yaşayırsa rayon mərkəzi xəstəxanasına, Həmin tibb ocağında ilkin qəbul həkimi xəstənin müraciətinə baxaraq lazımi işləri həyata keçirir. Belə ki, vətəndaşın şikayəti ixtisaslı həkimə müraciəti tələb edirsə vətəndaş rayon mərkəzi xəstəxanasına yönəldilir, müayinə işləri aparıldıqdan sonra müalicə kursu müəyyən edilir. Ancaq müalicə və yaxud da əməliyyat şəraiti həmin xəstəxananın imkanları daxilində deyilsə müvafiq tibb ocaqlarında lazımi xidmətdən yararlanması üçün xəstəyə göndəriş verilir. Bu zaman xəstə müalicəsi mümkün olan ən yaxın səhiyyə müəssisəsinə yönləndirilir ki, bu vaxt itkisini, əlavə xərcləri aradan qaldırmaqla həm vətəndaşın sosial rifahına, səhhətinə təsir edir, həm də rayon xəstəxanasındaiş dinamikasını artırır, həkimlərin fəaliyyətini stimullaşdırır.
Sonra mövzular ətrafında slaydlar nümayiş etdirilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.

 

Biz sosial şəbəkələrdə

Faydalı linklər