All for Joomla All for Webmasters



Axtar

İcbari tibbi sığorta həmrəylik prinsiplərinə əsaslanan sosial layihədir. Bu layihənin məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir.

İcbari tibbi sığorta ilkin olaraq Sədərək rayonunda pilot layihə şəklində həyata keçiriləcəkdir. Gələcəkdə isə icbari tibbi sığortanın mərhələli şəkildə bütün muxtar respublika üzrə tətbiq edilməsi planlaşdırılır.

Kimlər faydalana bilər?

İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi baxışlarından asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər icbari tibbi sığortadan faydalanmaq hüququna malik olacaqlar.

İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar hansı xidmətlərdən yararlana bilər?

  • Təcili və təxirəsalınmaz tibbi yardım;
  • İlkin səhiyyə (ailə həkimi) xidməti;
  • Ambulator şəraitdə müayinə və müalicə;
  • Stasionar müalicə;
  • Funksional-diaqnostik müayinələr (USM, KT, MRT və s.);
  • Fizioterapevtik xidmətlər;
  • Laborator müayinələr;
  • Hamiləlik və doğuş xidməti;
  • Təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.);
  • Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya;
  • Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya və s.);
  • Müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə.

Vətəndaşlar icbari tibbi sığorta haqqında nələri bilməlidir?

  • İcbari tibbi sığorta müasir və keyfiyyətli tibbi xidməti təmin edən səhiyyənin maliyyələşdirilməsinin yeni formasıdır;
  • Bu sistemin, sonradan genişləndirilə biləcək baza (əsas xidmətlər) zərfi çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur.

İcbari tibbi sığortanın tətbiqi əhalinin sağlamlıq səviyyəsinə necə təsir göstərəcək?

  • Xəstəliklərin erkən mərhələdə aşkar edilməsi ilə daha ağır mərhələyə keçidinin qarşısı alınacaq;
  • Ən ucqar kəndlərdə belə əhali keyfiyyətli tibbi xidmətlərlə təmin olunacaq;
  • İnfeksion və digər xəstəliklərin səmərəli profilaktikası təşkil ediləcək.

Biz sosial şəbəkələrdə

Faydalı linklər